Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 04:58

BMT Xəzəryanı ölkələrə kürü ixracına icazə verdi


İcazə 2011-ci ilin 28 fevralına qədər qüvvədə olacaq
Ağbalıq kürüsü istehsal edən ölkələr - Rusiya, Türkmənistan, Azərbaycan, İran və Qazaxıstan kürü ixracı üçün kvotaya dair müqavilə imzalayıblar.

2011-ci ilin mart ayına qədər həmin ölkələrdən 3 ton kürü ixrac olunacaq.

Azərbaycan və Türkmənistan kvota almayıblar. Rusiya 700 kiloqram, İran 800 kq, Qazaxıstan 1500 ton həcmində kürü ixracı üçün kvota alıb.

Kürü ixracına qadağa ötən ildən tətbiq edilib. Azərbaycana qarşı qadağanın qalması onunla əlaqədardır ki, bu ölkədə nərə balığının müdafiəsi və yetişdirilməsi üçün kifayət qədər iş görülmür. Bundan əlavə, Azərbaycanda brakonyerlik inkişaf edib. Belə ki, paytaxtın bütün bazarlarında qanunsuz əldə olunmuş kürünü çox asanlıqla almaq olar.

Nərə kürüsünün ixracına dair sazişlərdə müəyyən olunmuş kvotalar Nəsli Kəsilməkdə olan Yabanı Flora və Fauna Növlərinin Ticarəti üzrə Beynəlxalq Konvensiyanın Katibliyində (CITES) təsdiq olunmalıdır.

BMT nərə balığını yox olmaqda olan nadir növ hesab etdiyindən, nərə kürüsünün beynəlxalq ticarəti hökumət səviyyəsində sanksiyalaşdırılmalıdır. 1998-ci ildən satış həcmi CITES ilə razılaşdırılır.

Qara kürü üç növə ayrılır: ağbalıq (ən bahalı və qiymətli), nərə və uzunburun balığın kürüsü. Xəzər dənizində bütün qara kürünün 90%-i istehsal olunur. / «Frans Press» - «Turan» /

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG