Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:25

Serbiya Kosovonun statusu məsələsini BMT Baş Assambleyasına çıxarır


Serbiya Kosovonun müstəqilliyini élan etməsi məsələsini BMT Baş Assambleyasında müzakirəsində israr edir. Serbiyanın prezidenti Boris Tadiç bu gün bildirib ki, Sentbyarbda Baş Assambleyada Kosovonun yekun statusunun danışıqlar yoluyla müəyyənləşdirilməsini nəzərdə tutan qətnamə qəbul edilməsinə çalışacaqlar.

Ancaq Kosovonun baş nazir Haşim TAci deyib ki, ölkəsinin müstıəqilliyi rellıqdır və danışıqların predmeti ola bilməz.

İyulun 22-də Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun birtərəfli qaydada müstəıqilliyini élan etməsinin beynəlxalq hüquqa zidd olmadığı haqda qərar vermişdi.

2008-ci ildə Kosovo mütəqilliyini élan edəndən bu yana 69 ölkə onu tanıyıb. Kosovonu tanıyan ölkələr sırasında ABŞ və Avropa Birliyi dövlətləri də var.
XS
SM
MD
LG