Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:20

«Qarabağ» Avropa Liqasında yoluna davam edir

Ağdamın «Qarabağ» futbol klubu Avropa Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

İyulun 22-də Şimali İrlandiyanın «Portadaun» klubunu qəbul edən Ağdam təmsilçisi qələbə qazana bilməsə də, mərhələ adlayıb. Bakıdakı qarşılaşma 1-1 başa çatıb. Nəticədə səfərdə əldə etdiyi qələbə (2-1) sayəsində «Qarabağ» növbəti mərhələyə çıxıb.

«Qarabağ»ın növbəti rəqibi Polşanın «Visla» (Krakov) klubu olacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edən «Bakı» klubu isə səfərdə Çernoqoriyanın «Buduçnost» klubunu məğlub etsə də (2-1), birinci oyunda aldığı texniki məğlubiyyət (0-3) üzündən mübarizəni dayandırıb.
XS
SM
MD
LG