Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:31

Prokuror ADNA-da kütləvi qətl törətməkdə təqsirləndirilənlərə iş istəyib


İyulun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prokuror təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanovun ömürlük, Ariz Qabulovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyulun 30-da müdafiə tərəfinin çıxışı ilə davam edəcək.

Ötən il Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxs Neft Akademiyasının ikinci korpusunun binasında 12 nəfəri öldürüb. Hücum edən şəxs özünü güllələyib.
İstintaq hücum edən şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğunu bildirib.

Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
XS
SM
MD
LG