Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 14:27

Prezident mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə sərəncam imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna milyon manat vəsait ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
XS
SM
MD
LG