Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

Meyiti qaytarılmamış gizirə Milli Qəhrəman adı verilib


Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən «APA»ya verilən məlumata görə, dövlət başçısı həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək barədə sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikası Nazirlər Kabinetinə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək, Biləsuvar Rayon İcra Hakimiyyətinə rayondakı küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək şəhid olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.
XS
SM
MD
LG