Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:49

İordan çayının qərb sahilində daha 107 adam evsiz qalıb


«Amnesty İnternational» təşkilatı İsraili İordaniya çayının qərb sahilində fələstinlilərə məxsus evləri sökməyi dayandırmağa çağırıb.

Beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, bu həftənin əvvəlində daha 74 tikili sökülüb.

Mərkəzi Londonda yerləşən təşkilat bildirib ki, evlərin uçurulmasına görə 107 adam evsiz qalıb, onların 52-i uşaqlardır.

İsrail hərbçiləri bildirib ki, bu evlər «hərbi zonaya yaxın olduğundan» onların köçürülməsinə dair göstəriş verilib.
XS
SM
MD
LG