Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:50

«Bu xalq Əliyev rejiminə səs verməyib»


Müsavat başqanı İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər
«YAP normal seçkidə bizə qalib gəlsin, biz siyasətdən getməyə hazırıq». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Onun fikrincə, hakimiyyət qorxduğu üçün həqiqi seçkilərə getmir:

BU XALQ ƏLİYEV REJİMİNƏ SƏS VERMƏYİB


«Hansı seçkidə YAP-çılar - Əliyev rejimi bizə qalib gəldi ki, biz köhnəlmiş olaq? Bircə dəfə normal seçkidə bizə qalib gəlsinlər, vallah və billah biz siyasətdən çəkilməyə hazırıq. Çünki biz o dərəcədə özümüzə, xalqımıza inanırıq ki, bu xalq heç bir zaman Əliyev rejimi kimi ziyanlı, mənasız rejimə, onun nümayəndələrinə səs verməz və verməyib. Nə 2000-ci il parlament seçkilərində, nə 2005 –ci il parlament seçkilərində, nə də 2003-cü ilin prezident seçkilərində bu xalq Əliyev rejiminə səs verməyib. Bütün seçkilərdə demokratik qüvvələr, biz qalib gəlmişik. Hakimiyyət bunu bildiyi üçün həqiqi seçkilərə getməkdən qorxurlar».

Partiya başqanı son vaxtlar müxalifət düşərgəsində baş verənlərə, AXCP-Müsavat birləşməsi barədə bir çox mətləblərə aydınlıq gətirib. O, Rəsulzadə-Elçibəy yoluna bağlı olan bütün siyasi partiyaların öz istəkləri ilə bu birləşmədə yer ala biləcəyini bildirib.

BUNLAR SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR Kİ, İSA QƏMBƏR SİYASƏTDƏN ÇƏKİLSİN


İsa Qəmbər deyib ki, onun başqanlıqdan gedəcəyi barədə verdiyi bəyanatı hər iki düşərgədə fərqli narahatlıq yaradıb:

«Sevindirici haldır ki, mənim başqanlıqdan gedəcəyim, növbəti partiya qurultayında namizədliyimi verməyəcəyim bəyan etməyim demokratik düşərgədə xeyli narahatlıq yaradır. Hakimiyyət düşərgəsində isə sevinc yaradır. Bunlar səbirsizliklə gözləyirlər ki, İsa Qəmbər siyasətdən çəkilsin».

İsa Qəmbərin canlı efirdə verdiyi açıqlamaları bilmək istəyirsinizsə, verilişi bütünlüklə dinləyin.

XS
SM
MD
LG