Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:47

Bakıda çoxmərtəbəli binada yanğın baş verib


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

ANS-in Fövqəlafdə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə istinadla verdiyi məlumata görə, yanğın bu gün Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında yerləşən binada baş verib.

Binanın 11-ci mərtəbəsindən başlayan alov 16-cı mərtəbəyə qədər qalxıb. Yanğınsöndürənlər alovun qarşısını ala bilib.

Hadisənin elektrik xəttində qısaqapanma nəticəsində baş verdiyi bildirilir.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG