Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Ermənistan müxalifəti Sarkisyana xəbərdarlıq edib


Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindən çıxmasını nəzərdə tutan istənilən razılaşma prezident Serj Sarkisyanın istefası ilə nəticələnəcək.

Bunu müxalifətdə olan “Zaharangutyun” partiyasının sədr müavini Ruben Akopyan AzadlıqRadiosuna müsahibəsində deyib.

O bildirib ki, münaqişə zonasındakı indiki vəziyyətin hətta azacıq belə dəyişməsi Ermənistanda vəziyyəti kəskin gərginləşdirəcək və bu mövcüd rejimin dəyişməsinə səbəb olacaq.

Akopyan deyir ki, Azərbaycana hər hansı bir rayonun qaytarılması Yerevan və Xankəndində ciddi narazılıqla qarşılanacaq.

Akopyan hesab edir ki, əgər indiki hakimiyyət danışıqlar prossesindən çıxmaq istəsə belə bunu bacarmayacaq.

Bunu yalnız yeni hökumət edə bilər.
XS
SM
MD
LG