Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:00

Rumıniya diktatoru Çauşeskunun qəbri açılıb


Rumıniyanın diktatoru Nikolae Çauşesku və onun həyat yoldaşı Yelenanın iyulun 21-də qəbirləri açılıb. Məqsəd dəfn olunanların məhz Çuşeskular olduğunu yoxlamaq olub.

Belə ki, ailə üzvlərindən bəzisi Buxarestin Ghencea məzarlığında onların dəfn edildiyindən şübhələndiklərini bildirib.

Bu gün Çauşeskuların qəbri açılaraq, DNT nümunələri götürülüb.

Rumıniyanın keçmiş diktatoru Nikolae Çauşesku 1965-ci ildən 1989-cu ilə qədər ölkəni idarə edib. Sonradan xalq inqilabı zamanı devrilən Nikolae Çauşesku və həyat yoldaşı - baş nazirin birinci müavini olan Yelena Çauşesku edam olunublar.
XS
SM
MD
LG