Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

İspaniya müsəlman qadınların geyiminə qadağa qoymaq istəmədi


İspaniya parlamenti müsəlman qadınların ictimai yerlərdə bütün bədəni, o cümlədən üzü örtən geyimlərə qadağa qoyulmlası təklifini qəbul etməyib.

Qətnaməni parlamentə mühafizəkar müxalifətin Xalq Partiyası təklif etmişdi, layihə 21 səs çoxluğu ilə keçməyib.

Buna qədər Belçika parlamentinin aşağı palatası aprel ayında səs çoxluğu ilə bütün bədəni və ya üzü qismən örtən geyimlərə qadağa qoyulmasına səs verib.

Ötən həftə Fransa parlamenti də anoloji addım atıb.

Əgər qanun Senatdan keçsə Fransa burqanın qadağan edildiyi ikinci Avropa ölkəsi olacaq.
XS
SM
MD
LG