Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

BP şirkəti Pakistan və Vyetnamdakı səhmlərini satmağı planlaşdırır


Britaniyanın BP şirkəti Pakistan və Vyetnamdakı səhmlərini satmağı planlaşdırır.

Şirkətin sözçüsü David Nikolas AP agentliyinə bildirib ki, məqsəd Amerikada - Meksika korfəzində baş vermiş qəzaya görə ödənəcək 20 milyard dollarlıq kompensasiyanı toplamaqdır.

Sözçü deyib ki, artıq hər iki ölkənin hökumətinə bu barədə məlumat verilib.

Şirkətin səhmdarları 20 milyard dolları toplamaq üçün həmçinin yaxın aylar üçün öz gəlirlərindən imtina ediblər.

2 ay əvvəl körfəzdə - BP-nin neft platformasında baş verən qəza nəticəsində Amerika biznesmenlərinə və ekologiyasına böyük ziyan dəyib.
XS
SM
MD
LG