Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək


Baş nazir Nika Qilaurinin başçılığı ilə Gürcüstan hökumətinin nümayəndə heyəti iyulun 23-də Azərbaycana səfər edəcək.

Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidmətinin rəhbəri Nikoloz Mçedlişvili bildirib.

«Bu, altı ayda bir dəfə keçirilən növbəti iclasdır. İclasda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilir», - o deyib.

Budəfəki iclasda qaz tədarükü, 500 kilovoltluq gücə malik elektrik xətt ötürücüsü, Bakı-Tbilisi-Qars dəmir yolunun və Rustavi-Bakı avtoyolunun tikintisi üzrə razılaşdırılan məsələlər müzakirə ediləcək.

Komissiyanın iclasından sonra Gürcüstan Baş nazirinin azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşü olacaq. /AzərTAc/
XS
SM
MD
LG