Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Terrorçulara yardım edənlərə 20 ilə qədər həbs cəzası təklif edilir


Rusiya prezidenti Dmitri Medvedevin təklif etdiyi yeni qanun layihəsi yerli hüquq müdafiəçilərinin narahatlığına səbəb olub.

Yeni qanun layihəsinə görə, terrorçulara yardım edənlərə həbs cəzası kəsilə bilər. Hətta 20 ilə qədər.

Təsadüfən terrorçulara kömək etmiş şəxslər də müəyyən müddətə azadlıqdan məhrum edilə bilər.

Hüquq-müdafiəçiləri və müstəqil jurnalistlər bu təşəbbüsün Kremlin cəmiyyət üzərində sovetsayağı total nəzarəti bərpa etmək istəyilə bağlı ola biləcəyindən narahatdırlar.

Bundan qabaq Rusiya parlamenti kəşfiyyat orqanlarına "KQB" sayağı geniş səlahiyyət verilməsi haqda qanun qəbul edib.

(DPA)
XS
SM
MD
LG