Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

ABŞ Cənubi Koreya ilə birgə hərbi təlim keçəcək


Çinin bütün etirazlarına baxmayaraq, ABŞ Sarı Dənizdə Cənubi Koreya ilə birgə hərbi təlim keçmək niyyətindədir. Bunu amerikalı admiral Mayk Mullen deyib.

Mullenin sözlərinə görə, təlim mart ayında Cənubi Koreyaya məxsus hərbi gəmini batırmaqda günahlandırılan Şimali Koreyaya mesaj rolu oynamalıdır.

Çin Koreya yarımadası ilə onun arasındakı dənizdə Amerika hərbi gəmilərinin təlim keçməsindən narahatlığını bildirmişdi.

XS
SM
MD
LG