Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 16:08

Niyazi Mehdi: «Pulla bir çox xoşbəxtlikləri almaq olar»


Niyazi Mehdi
Niyazi Mehdi
«Pulla gözəl qızları da, oğlanları da almaq olar». Bunu AzadlıqRadiosunun «İşdən sonar» proqramında filosof Niyazi Mehdi xoşbəxtlik haqqında danışarkən deyib. Filosof deyib ki, xoşbəxtlik üçün bir çox şeylərlə yanaşı pul da önəmli rol oynayır:

«Pulla bağlı bizim atalar sözümüz hamısı boş-boş şeylərdir. Bizdə pulla bağlı adekvat psixologoya formalaşmayıb. Pul dünyada ən ciddi mexanizmlərdən biridir. Çünki pul ölçüyə gələn bir şeydir. Pulla bağlı qəzəbi, nifrəti, əl çirki kimi sözləri kənara qoymaq lazımdır. Pulun nə qədər gözəl cəhətləri varsa qorxunc cəhətləri də az deyil. İndi həqiqət odur ki, pulla bir çox xoşbəxtlikləri almaq olar. Pulla gözəl qızları da, oğlanları da almaq olar».

Politoloq Hikmət Hacızadə isə deyib ki, pul xoşbəxtlik üçün o qədər də vacib deyil:

«İnsanın orta səviyyədə yaşaması üçün müəyyən qədər pul lazımdır ki, o öz fiziki tələblərini ödəsin. Onun yeməyi olmalıdır, qidası olmalıdır. Balası üçün fəzası olmalıdır. Balasının gələcəyi olmalıdır. Məktəbi olmalıdır.
Hikmət Hacızadə
Bunlar var. Amma mən bu maşını istəmirəm o biri «Mercedes»i istəyirəm bunlar artıq şeydir. Deyəndə ki, pulla xoşbəxtlik həll olunmur, bu artıq şeyləri nəzərdə tuturlar».

Hikmət Hacızadə Azərbaycanda normal yaşaması üçün tək ona cəmi 400 manatın bəs etdiyini deyib. Politoloq deyib ki, xoşbəxt olmaq üçün ilk növbədə bir çox şeyləri əldə etməliyik:

«Birinci azadlıqlarımızı, iqtisadi azadlığımızı bərpa etmək lazımdır. Sonra gecə-gündüz işləmək lazımdır, necə ki, alman, norveçli işləyir. Bax onu öyrənmək lazımdır. O da bizdə yoxdur. Düzdü xalqımız zəhmətkeş xalqdır. Amma norveçliylə müqayisə etmək olmaz».



/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG