ABŞ və Qərb xüsusi xidmət orqanları Misir prezidenti Hüsnü Mübarəkin səhhətinin ağır olduğunu bildirirlər.
Obama administrasiyası onillərdən bəri Orta Şərqdə ən yaxın müttəfiqi və sabitliyə qarant olan hakimiyyətdəki gözlənən dəyişikliyi diqqətlə izləyir.
Bazar günü Hüsnü Mübarək İsrailin baş naziri Benjamin Netanyahuyla, Prezident Obamanın Orta Şərq xüsusi nümayəndəsi Georgi Mitcellə və Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla görüşüb.
Qərb kəşfiyyatı 82 yaşlı Misir prezidentinin mədə və mədəaltı vəz xərçəngindən əziyyət çəkdiyini bildirir.
«BU MƏQALƏLƏRİN ƏSASINDA REAL FAKTLAR YOXDUR»
Bu ayın əvvəində bir necə ərəb və yəhudi qəzetləri Hüsnü Mübarəkin Fransa xəstəxanalarında dərdinə əlac gəzdiyindən yazmışdı. Amma Misir hökumətinin rəsmiləri bildirmişdilər ki, bu məqalələrin əsasında real faktlar yoxdur.
Başqa göstəricilərə görəsə, Mübarəkin səhhəti zəifləyir.
Martda Misir prezidenti cərrahiyyə əməliyyatı və müalicə üçün Almaniyaya getmişdi.
«THE WASHINGTON TIMES»: MÜBARƏK ÖLƏCƏK
Mərkəzi Avropa kəşfiyyatından «Washington Times»a verilən məlumata görə, ötən həftə onların xidməti belə bir fərziyə irəli sürüb ki. Misir prezidenti ya bu il, ya da 2011-ci ilin sentyabrında keçiriləcək prezident seçkilərinə qədər öləcək.
ABŞ-ın Milli Kəşfiyyat Şurası və Mərkəzi Komandanlıq analitiklərə Mübarəkin ölümünün onun hakimiyyətinə necə təsir edəcəyi və hakimiyyət keçidiylə bağlı mümkün ssenarilər tərtib etməyi tapşırıblar.
Şuranın xarici əlaqələr üzrə rəhbəri və Misir üzrə mütəxəssis Stevan Kook deyib ki, o, iki ay əvvəl Misirin paytaxtında olanda bir neçə müsahibi ona liderin vəziyyətinin yaxşı olmadığını söyləyib:
«May ayında Qahirədə olanda adamlar artıq onun vaxtının çatdığını deyirdilər. Hər kəs başa düşürdü ki, son yaxındadır, 12 aydan 18 aya qədər bir vaxt qalıb», - cənab Kook deyir.
«BİZ BİLİRİK O ÖLÜR, AMMA BİLMİRİK NƏ VAXT»
ABŞ kəşfiyyat zabiti deyir, «biz bilirik ki, o ölür, amma bilmirik nə vaxt öləcək. Adam uzun müddət ərzində də ölümlə çarpışa bilər, məsələn, siz Kubanın keçmiş prezidenti Fidel Kastroya baxın».
Dövlət Departamentinin sözçüsü P.Grovley gündəlik brifinqdə Hüsnü Mübarəkin səhhətiylə bağlı suallarla üzləşib. O deyib:
«Cənab Mübarək hələ də Misirin prezidentidir. Və biz Orta Şərqdə təhlükəsizlik və stabillik üçün ona və onun hökümətinə bel bağlayırıq. O hələ prezidentdir və hələ də əhəmiyyətli rol oynayır».
Hüsnü Mübarək 1981-ci ildə Misir İslam Qardaşlığı fraksiyasına bağlı terrorçular tərəfindən öldürülən Ənvər Sədatdan sonra hakimiyyətə gəlib.
Hüsnü Mübarək varis planına yol açan yeni qanunu rədd eləsə də, onun 47 yaşlı oğlu Camal Mübarək hakim Milli Demokratiya Paryiasının siyasət komitəsinin rəhbəridir. Partiya 50 ildən çoxdur ki, Misir hökumətini formalaşdırır.
Camal Mübarəkə potensial rəqib namizəd ABŞ siyasi dairələrində «Cimmi» kimi tanınan cənab Süleymanidır.
Beynəlxalq Atom Enerji Agentliyinin keçmiş rəhbəri Məhəmməd Əl-Baradeinin də rəqiblər siyahısında adı hallanır. O, 2005-ci ildə Nobel mükafatı alıb.
«Mübarək 30 ildir ki, Misirin prezidentidir və onun ölümü baş verəndə bu tarixi hadisə olacaq», - Dövlət Departamentinin rəsmisi deyir. - Onun yerinə Camal Mübarək var, amma həm də prezident seçkisinə hazırlaşan Əl-Baradei var.
Dövlət Departamentinin rəsmisinə görə, Misir hökuməti Mübarəkin ölümündən sonra tarixi qərarla üzləşəcək və nəticə etibarilə bu qərar, misirlilərin uzun illərin avtoritar idarəetməsindən sonra arzularını ifadə etməli olacaq.
/ Tərcümə: Səadət Akifqızı /