Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 02:46

ATƏT yunan bloggerin qətlini pisləyib

ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviç Yunanıstanda tanınmış İnternet yazarı və jurnalist Sokratis Gioliasın qətlə yetirilməsini pisləyib.

O, Yunanıstanda ən populyar siyasi-ictimai bloqunun - "Troktiko"nun administratoru idi. Bundan başqa radioda çalışırdı.

Onu iyulun 19-da naməlum şəxslər evinin qarşısında güllələyiblər.

Miyatoviç Yunanıstan hökumətini cinayəti açmağa və qatilləri cəzalandırmağa çağırıb.
XS
SM
MD
LG