Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:39

Gürcüstanın qaz tələbatının 70 faizini Azərbaycan təmin edir


“Gürcüstanın təbii qaza olan tələbatının 70 faizi Azərbaycan qazı hesabına təmin edilir”. Bunu iyulun 18-də Gürcüstan və Azərbaycan prezidentlərinin birgə birifinqində Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. Saakaşvili ölkəsinin enerji infrastrukturunun qurulmasında Azərbaycanın mühüm rolu olduğunu deyib.

“Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaq”- deyə Saakaşvili bildirib.


İlham Əliyev isə çıxışında iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirləcəyini bildirib.

XS
SM
MD
LG