Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:14

BP Meksika körfəzindəki sınağın müddətini uzadıb


BP şirkəti Meksika körfəzində keçirdiyi sınağın müddətini daha 24 saat uzadıb.

Mütəxəssislər ötən cümə axşamı neft quyusunun üzərində daha iri qapaq yerləşdirdikdən sonra sızma tam kəsilib.

Sınağa qoyulmuş vaxt başa çatsa da qəzanın aradan qaldırılmasına nəzarət edən amerikalı admiral Ted Allen, tam əmin olmaq üçün sınaq müddətinin uzadılmasını xahiş edib.

BP şirkətinin rəsmiləri sızmanın Avqustda birdəfəlik bağlanacağına ümidlə yanaşırlar.
XS
SM
MD
LG