Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:29

Angela Merkel Qazaxıstana gedir


Almaniyanın kansleri Angela Merkelin bu gün Qazaxıstana səfəri gözlənilir.

Səfər zamanı əsasən təhlükəsizlik, enerji və ticarət əlaqələri müzakirə olunacaq.

Merkel bundan əvvəl Rusiya və Çində olub.

O, Çində olarkən tərəflər arasında enerji, ticarət və ətraf mühitin qorunması sahələrində razılaşmalar imzalanıb.

Rusiyaya gəldikdə isə Almaniyanın Siemens şirkəti ilə Rusiya şirkətləri arasında milyardlarla avro dəyərində razılaşmalar imzalanıb.

Bu razılaşmalardan birində Siemens şirkətinin yaxın 10 il ərzində Rusiyanın dəmir yollarını təhciz eləməsi nəzərdə tutulur.

XS
SM
MD
LG