Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 19:02

Elmar Hüseynov yad edilib


İyulun 17-si mərhum jurnalistin 43 yaşı tamam olub
Söz azadlığı tərəfdarları 2005-ci il martın 2-də qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad ediblər.

İyulun 17-si mərhum jurnalisin doğum günüdür.

Elmar Hüseynovun qəbrini ziyarət edənlərdən «Qanun» nəşriyyat evinin təsisçisi Şahbaz Xuduoğlu bildirib ki, ildən-ilə müstəqil jurnalistlər cərgəsi seyrəlir, söz azadlığına basqılar isə güclənir:

«Buna baxmayaraq, azadlıq dəyərlərinə sadiq olanlar çətinliklərə və hədələrə baxmayaraq, Elmarın yolunu davam etdirirlər. Amma bu hədələr gerçəkləşməyəcək».

Jurnalistin atası - Sabir Hüseynov oğlunun xatirəsini yad edənlərə təşəkkürünü bildirib. O, Elmarın qatillərinin layiq olduqları cəzanı alacaqlarına inandığını deyib.

Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Cinayətin sifarişçiləri və icraçıları indiyədək tapılmayıb.

Elmar Hüseynov yad edildi
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

Şərhlər (13)

Bu forum dayandırılıb
XS
SM
MD
LG