Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Avqust, bazar, Bakı vaxtı 19:14

FSB əlavə səlahiyyətlər aldı


Rusiya parlamenti Federal Təhülkəsizlik Xidmətinin - FSB-nin səlahiyyətlərini artıran mübahisəli qanunu qəbul etdi. Yeni qanun FSB-yə səlahiyyət verir ki, hərəkətləri cinayət törtəməyə imkan yaratdığını guman etdiyi adamlara rəsmi xəbərdarlıq etsin. FSB-nin fəaliyyətinə mane olan adamları da bu qurum tutub 15 gün saxlamaq səlahiyyəti alıb.

Rəsmilər bildirirlər ki, bu qanun terror və ekstremist meyllərə qarşı mübarizə aparmaq üçündür. Amma insan haqları fəalları deyirlər ki, bu qanun ölkəni sovet illərindəki dövrlərə qaytaracaq, hökumət bu qanundan sadəcə özünün siyasi rəqiblərinə qarşı istifadə edəcək.
XS
SM
MD
LG