Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:39

«İndi doğulan oğlanlara biz sonra kimi alacağıq?»


Musa Quliyev
Musa Quliyev
«Ultrasəs müayinəsi ilə dölün cinsinin təyin olunması qadağan olunmalıdır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat Musa Quliyev selektiv abortlar barəsində danışarkən deyib. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün yeni qanuna ehtiyac var:

«Selektiv abortların aparılmasına dair Azərbaycan qanunvericiliyində bir boşluq var. Qanunvericilik nə hə demir, nə yox demir. Ona görə biz təşəbbüs qaldırdıq bu ilin əvvəlində ki, Azərbaycanda ultrasəs müayinəsi vasitəsi ilə dölün cinsinin təyin olunması qanunvericilikdə qadağan olunsun. Dəhşətlisi odur ki, bunu ya həkimlər ya da analar bilmir ki, hamiləlikdə ultrasəs müayinəsi vasitəsi ilə uşağın cinsinin təyini on ikinci həftədən sonra yüzdə-yüz müəyyən olunur. Qanunvericilik isə on ikinci həftəyə qədər abort etməyə icazə verir. Belə çıxır ki, müəyyən hallarda və ya əksəriyyət hallarda analar heç bilmədən də oğlan uşaqlarını abort etdirirlər. Səhv diaqnostikanın nəticəsində»

Təranə Həsənova
Qadın Krizis Mərkəzinin məsləhətçi həkim- ginekoloqu Təranə Həsənova isə deputatla razılaşmadığını deyib:

«Təsəvvür edək ki, rəsmi qadağa artıq qoyuldu. Mən əmin deyiləm ki, bu qaydaya riayət olunacaq. Bu sadəcə olaraq baş tutmayacaq. Çünki ana ilə həkim arasında adi bir dialoq olacaq. Ya başını tərpətməklə, ya bir kəlmə söz deməklə və yaxud ultrasəs kağızında bir işarə qoymaqla. Bunun qarşısını başqa yolla almaq daha düzgün olardı. Ola bilməzdi ki, hökumət elə bir proqram qəbul etsin ki, bu ikiuşaqlı ailə dəbi dəyişilsin. Hökumət yeni doğulan uşağa, anaya, daha doğrusu ailəyə güzəştlər etsə, ana ikinci uşağı selektiv abort etməz».

Verilişdə iştirak edən «Els» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova selektiv abortların sonradan bir çox problemlərə, o cümlədən demoqrafik problemlərin yaranmasına
İradə Yaqubova
səbəb olacağını bildirib.

«İndi doğulan oğlanlara biz sonra kimi alacağıq?»

«Azadlıq» qəzetinin müxbiri, bu sahədə geniş araşdırma aparmış jurnalist Natiq Ədilov isə buna səbəb kimi maarifləndirmənin yetərli olmamasını göstərib.

«Selektiv abortların çox olması regionda feodal ənənələrin hələ də güclü olması ilə bağlıdır».


Hazırladı Kamran Mahmudov
XS
SM
MD
LG