Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:52

Fransa Rusiyanı atəşkəsi pozmaqda ittiham edir


Fransanın Xarici İşlər naziri Rusiyanı Gürcüstanla imzalanmış atəşkəs sazişini pozmaqda ittiham edib. O, Moskvanı ordusunu iki il əvvəl Gürcüstanla müharibədən əvvəlki mövqelərinə qaytarmağa çağırıb.

Nazir Bernar Kuşner bu barədə iyulun 15-də Tbilisidə prezident Saakaşvili ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında qısa müharibədən sonra Moskva Gürcüstanın iki separatçı bölgəsini dövlət kimi tanıyıb, həmin ərazilərə qoşun yeridib. O zaman atəşkəs Fransanın vasitəçiliyi ilə əldə edilmişdi.
XS
SM
MD
LG