Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:58

Reklama baxanların cinsiyyəti də müəyyən ediləcək


Yaponiyada yeni reklam bilbordu sınaqdan keçirilir. Bu rəqəmsal bilbord onun üzərində yerləşən rekalama baxanları da yoxlayıb onun kişi, yoxsa qadın, hansı yaş qrupunda olması barədə də informasiya toplayır. Həmin informasiya da biznes məqsədilə istifadə edilmək üçün rekalm verənlərə təqdim ediləcək.

11 dəmiryolu şirkəti artıq 27 bu cür rəqəmsal reklam lövhəsindən istifadə etməyə başlayıb. Onlar hesab edirlər ki, layihə uğurlu olsa, işlərini müştərilərinin arzuladığı şəkildə daha keyfiyyətli qura biləcəklər.

Texnologiya adamların sifətini də çəkir. Amma istifadəçilər öhdəlik götürürlər ki, onlar şəkilləri saxlamayacaqlar, yalnız reakalama baxanlar haqqında ən ümumi məlumatlardan istifadə edəcəklər.
XS
SM
MD
LG