Almaniya Rusiyanın ən böyük biznes tərəfdaşıdır,
RUSIYADA IRILI-XIRDALI 6 MIN ALMAN ŞİRKƏTİ FƏALİYYƏT GÖSTƏRİR
İki ölkə arasında ticarət dövriyyəsi isə bu ilin ilk rübündə 15 milyard dollar olub.
Bu – artıq 10-cu ildir ki, Rusiya və Almaniya birgə biznes forum keçirirlər. Almaniya və Rusiyanın ən nüfuzlu biznesmenlərinin toplaşdığı biznes forum bu dəfə Yekaterinburqda təşkil edilib.
Almaniyadan foruma gələn nümayəndə heyətində Volkswagen avtomobil, Siemens telekommunikasiya, Airbus hava və BASF kimya şirkətlərinin rəhbərləri var.
Tədbirə Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev də qatılıblar.
Medvedev alman biznesmenlərini Rusiyaya daha çox sərmayə qoymağa çağırıb.
Rusiya əvvəllər strateji əhəmiyyətli müəssisələr sırasında olan bir çox şirkətləri həmin siyahıdan çıxarıb – bunlar aeroportlar, kağız kombinatından tutmuş vaqon zavodlarına qədər müəssisələrdir.
İndi artıq
HƏMİN MÜƏSSİSƏLƏRƏ XARİCİ SƏRMAYƏ QOYULMASINA QADAĞA YOXDUR,
həmin müəssisələrin səhmlərinin xaricilər tərəfindən alınmasına da.
Medvedev forum iştirakçılarına müraciətlə deyib ki, Rusiya iqtisadiyyatını modernləşdirmək üçün özəl biznesin iştirakı ilə indiyəcən bir çox layihələr həyata keçirilib və onun fikrincə qlobal maliyyə böhranı başa çatmaqda olduğu üçün bundan sonra belə layihələri daha da genişləndirmək mümkün olacaq.
Biznes forumda Almaniyanın Siemens və Rusiya Dəmir Yolları arasında dəyəri 3 milyard dollara yaxın olan saziş bağlanacaq.
Siemens
RUSİYAYA 200-DƏN ÇOX QATAR SATACAQ
Bundan qabaq sözügedən alman şirkəti Rusiyaya 8 qatar satmışdı və onlar Moskva ilə Sankt-Peterburq arasında yüksək sürətli qatar marşrutu üzrə hərəkət edirlər.
Siemens Rusiyanın olimpiadaya hazırlaşan Soçi kurortunu da 50-dən artıq belə qatarla təchiz edəcək.
Bundan başqa Rusiya alman şirkətlərinin köməyilə Moskva yaxınlığında – Skolkovoda müasir texnologiya mərkəzi yaratmaq istəyir - Kaliforniyada mövcud olan mərkəzə bənzər.
Biznes forum Rusiyanın tanınmış hüquq müdafiəçilərindən olmuş Natalya Estemirovanın ilinə təsadüf edib.
Bir il qabaq onu Çeçenistanda qətlə yetirmişdilər.
Merkel Medvedevlə söhbətində insan haqları məsələsinə də toxunub – o deyib ki, Estemirovanın qatillərinin tapılması vacibdir.
Beynəlxalq hüquq müdafiə təşkilatları Rusiya rəhbərliyində qatilləri tapmaq üçün siyasi iradənin olmadığını deyirlər.
Medvedev isə bildirib ki, tənqidlər əsassızdır.
“Əvvəla
İSTİNTAQIN APARILMADIĞINI DEMƏK YANLIŞDIR
Əgər qatillər hadisə yerində yaxalanmayıbsa, onları bu tip cinayətlərdə sonradan tapmaq çox çətindir.
Bundan başqa cinayəti törədən şəxsin kimliyi aşkarlanıb və o beynəlxalq axtarışa verilib. Və nahayət biz təkcə qatili yox, həm də qətli sifariş verəni axtarırıq”.
Iki ölkə rəhbəri Iranin mübahisəli nüvə proqramı haqqında da danışıblar.
Medvedev deyib ki, İran Rusiyanın tarixi ticarət tərəfdaşı olsa da, Moskva buna görə Tehranın öz nüvə proqramı ilə bağlı şəffaflığa əməl etməməsinə dözməyəcək.