Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 16:53

Koroğlu operası İstanbul, Roma və Neapolda


Üzeyir Hacıbəylinin “Koroğlu” operası İstanbul, Roma və Neapol şəhərlərində səhnəyə qoyulacaq.

MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan və

Türkiyədən olan 250 artist iştirak edir.

Bu barədə APA agentliyi Fondun mətbuat katibi Aleksandr Kaluqinə istinadla xəbər verir.

İyulun 23-də operanın İstanbulda səhnəyə qoyulacağı gözlənilir.

Artıq artistlər Qazaxıstanın paytaxtı Astanada məşqlərə başlayıblar.

Operanın quruluşçu rejissoru azərbaycanlı rejissor Əflatun Nemətzadədir.

Koroğlu rolunu Tatarıstandan Əhməd Ağadi, Nigar rolunu Qazaxıstandan Gülzad Daurbayeva, Eyvaz rolunu isə Qırğızıstandan Yoldoş İsrailov oynayacaq.
XS
SM
MD
LG