Azərbaycanda insan adlarının qoyulmasında yeni qaydanın yaradılacağı gözlənilir. Artıq bundan ötrü Milli Elmlər Akademiyasında komissiya da yaradılıb. Komissiyaya akademiyanın prezidenti Mahmud Kərimov rəhbərlik edir. Bu komissiya ölkə vətəndaşlarının adlarını araşdırmağa başlayıb. Sonda komissiya «İşıqfor» adlanan mexanizmə əsasən yekun siyahını hazırlayıb Ədliyyə Nazirliyinə göndərməlidir.
SARI, YAŞIL, QIRMIZI…
«İşıqfor» prinsipinə əsasən Azərbaycanın mili-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar yaşıl siyahıya salınacaq. Yaşıl siyahıda əks edilən adların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriyalı adlar isə sarı siyahıda əks ediləcək. Həmin siyahıya isə tövsiyə edilməyən, gülünc, digər dillərdə yaxşı səslənməyən adlar qeyd ediləcək. Bu adlardan istifadə edilərkən Ədliyyə Nazirliyinin əməkdaşları vətəndaşlara bir daha tövsiyə edəcəklər ki, bəlkə bu adlardan istifadə edilməsin.
Sonuncu qırmızı siyahıda qeyd ediləcək adların qoyulmasına isə qəti olaraq icazə verilməyəcək. Bunlar isə Azərbaycan xalqına təcavüz etmiş şəxslərin adları, mənası Azərbaycan dilində təhqir ifadəsi verən adlar olacaq.
Hələlik komissiya üzvləri aparılan araşdırmalarla bağlı mətbuata o qədər də geniş məlumatlar çatdırmaqda maraqlı görünmürlər. Bu ideyanın təşəbbüskarlarından olan və həmin komissiyanın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyir ki, yalnız komissiyanın sədri Mahmud Kərimovun razılığından sonra ətraflı müsahibə verə bilər. Mahmud Kərimov isə indi məzuniyyətdədir.
İNSANLARA NƏDƏN SEÇİM İMKANI VERİLMƏMƏLİDİR?
Parlamentin Mədəniyyət Komitəsinin üzvü Aynur Camalqızı isə düşünür ki, bu məsələ də elə soyadlar məsələsi ilə birgə həllini tapmalıdır. Bütünlükdə bu ideyaya müsbət yanaşan millət vəkili düşünür ki, adlar məsələsində insanlara heç də geniş demokratiyanın verilməsinə ehtiyac yoxdur:
- Çünki sonucda bundan insanların bir çoxu əziyyət çəkəcək. Mən nə qədər adam tanıyıram ki, sonradan min bir zülmlə adını dəyişmək istəyir. Uşağın adını Samovar qoyurlar, təbi ki, bu ətrafın ironiyasına səbəb olur. Və yaxud kimsə uşağına Stepan Şaumyanın adını qoymaq istəyə bilər. Nə qədər düşüncəsiz adamlar var. Niyə belə adamlara icazə verilməlidir?
«İŞIQFOR» İNSANIN ŞÜURUNDA OLMALIDIR…
Şair Seyran Səxavət isə düşünür ki, belə məsələlər nə inzibati metodlarla, nə də işıqforlarla həll edilməlidir. O, razılaşır ki, vaxtı ilə Azərbaycanda kimlərsə uşağının adını Şaumyan qoyardı və sonradan onu Şahinlə əvəzlədi. Ancaq Seyran Səxavət deyir ki, işıqfor insanın şüurunda olmalıdır:
- Ancaq bu qəbul olunsa belə onu kənar yerə çıxarmamalıyıq, biabır olarıq. Yəni bu bütün dünyada sübut olunar ki, bizim mili şüur aşağıdır. Belə sistemlərə, belə cihazlara vəsait qoymaqdansa, xərc çəkib millətin şüurunu qaldırmaq lazımdır. Bir sözlə, bu cihaz millətin şüuruna yerləşdirilməlidir…
Seyran Səxavət deyir ki, problemlər öz sıralarına uyğun həll edilməlidir. Qarabağ münaqişəsi kimi bir problem durduğu halda belə məsələlərə vaxt ayırmağa ehtiyac yoxdur:
- Mənim bir türkmən şair dostum var, İtalmaz Niyazov. Yəni bunu it də almaz. Soruşdum dedi ki, bizim mifologiyada belə adlar var. Bizdə də belədir. Kimin çox qızı olursa, növbəti qızının adını Bəsti qoyur. Bəstini rus dilinə çevirəndə «Xvatit» alınır. Heç ruslarda «Xvatit» adı var? Bu həm mili mifologiyaya, həm də insan haqlarına ziddir…
Belə çıxır ki, insanlar bundan sonra uşaqlarına ad qoyanda məmurlardan icazə alacaqlar. Bunu isə jurnalist Xaliq Bahadır deyir. Xaliq Bahadırın fikrincə, hakimiyyət ucuz təbliğatla məşğuldur. Bununla onlar milli şüurun qayğısına qaldıqlarını ictimaiyyətin nəzərinə çatdırmaq istəyirlər. Üstəlik, onun fikrincə, bu, rüşvətxorluq hallarına da yol aça bilər.