Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:28

Azərbaycan və Portuqaliya XİN rəhbərləri Bakıda İran məsələsini müzakirə ediblər


İyulun 15-də Portuqaliyanın xarici işlər naziri Luis Amadonla birgə keçirdiyi brifinqdə Elmar Məmmədyarov deyib ki, həmkarı ilə bir az əvvəl keçirdiyi görüşdə İran məsələsi və bu mənada Braziliya və Türkiyə arasında qəbul edilmiş anlaşma müzakirə olunub:

«Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu çox zamanında qəbul edilmiş bir tədbir oldu. Bu, İranın nüvə proqramı ilə bağlı etimadın artırılması baxımından da çox vacib bir məsələdir. Hesab edirəm ki, bu cür etimad artıra biləcək tədbirlər gələcəkdə də tərəfimizdən dəstəklənəcək».

Mayın 17-də Tehranda İran prezidenti Mahmud Əhmədinejad, Braziliya prezidenti Luiq İqnasiu De Silva və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İranın nüvə yanacağının mübadiləsi barədə üçtərəfli razılaşma imzalanıb.

ABŞ, Rusiya və Fransa isə «Tehran Bəyannaməsi» adlanan bu sənədə mənfi cavab verərək anlaşmaya qoşulmayacaqlarını bildiriblər.
XS
SM
MD
LG