Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:18

Elmar Məmmədyarov: «Ermənistanın mövqeyi məsələni uzadır»


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə ilk növbədə Kəlbəcər və Laçın məsələsinə toxunulmuşdu. Rusiya danışıqlarda irəliləyiş olsun deyə, öz tərəfindən bu məsələni hansı yolla həll etmək barədə bəzi təkliflər irəli sürmüşdü.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 15-də jurnalistlərə açıqlamasında bildirib:

«İndi onlar deyir ki, Almaatıda Sankt-Peterburqda danışılan məsələlərə də toxunulmalıdır. Halbuki, Sankt-Peterburqda elə Kəlbəcərlə Laçın müzakirə olunmuşdu. Əgər biz hansısa məsələdə razılığa gəliriksə və vaxtı çatanda digər məsələlərə keçməyi təklif edəndə razılaşdırılmış məsələ yenidən müzakirəyə çıxarılırsa, bu şəkildə danışıqlar aparmaq çox çətindir».

Onun sözlərinə görə, vaxtilə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Kəlbəcər və Laçının Azərbaycana qaytarılması üçün 10 il tələb edirdi:

«Azərbaycan isə 1 il deyirdi. İndiki prezident Sarkisyan bu iş üçün 7 il təklif etdi, Azərbaycan 3 ilə razılıq verdi. Axırda həmsədrlər belə bir təklif irəli sürdülər ki, 5 ildən sonra Kəlbəcərlə Laçın Azərbaycanın administrativ nəzarətinə qayıdacaq. Biz bu təkliflə razılaşdıq. Ermənistan tərəfi isə bu məsələ ilə bağlı mövqeyini dəyişməsə də, son anda onu yenə də müzakirəyə çıxarır».

Məmmədyarovun sözlərinə görə, Azərbaycan tərəfi düşünürdü ki, artıq razılığa gəlinib və məsələ həll olunub. Çünki bu 5 il müddəti yenilənmiş Madrid prinsiplərində də əksini tapıb. Amma Ermənistanın mövqeyi məsələni uzadır.

Bu həftənin sonunda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan Qazaxıstanın Almatı şəhərində görüşəcək.

Görüş ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin iyulun 16-17-də Almatıda baş tuta bilər.

Azərbaycan Xarici İşlər nazirliyinin verdiyi xəbərə əsasən, belə bir görüşə Azərbaycan tərəfi razılıq versə də, Ermənistandan rəsmi razılığı haqda hələ xəbər yoxdur. Onun sözlərinə görə, həmsədrlər belə bir görüşün təşkil olunmasına çalışırlar.

Azərbaycan tərəfi Ermənistanlı nazirlə görüşdə Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması yolları müzakirə ediləcəyini bildirir. Amma Yerevan bu xəbəri təkzib edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG