Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

Nüvə aliminə əməkdaşlıq üçün 5 milyon dollar təklif edilib


İranlı nüvə alimi Şəhram Amiri ABŞ-dan Tehrana qayıdıb. Alim bir il əvvəl Səudiyyə Ərəbistanında Amerikanın xüsusi xidmət orqanları tərəfindən oğurlandığını iddia edir.

Amirini hava limanında oğlu və həyat yoldaşı qarşılayıb. Jurnalistlərə açıqlamasında alim bildirib ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi üçün «güclü psixoloji təzyiq»ə məruz qalıb.

«Washington Post» qəzeti adının açıqlanmasını istəməyən amerikalı məmura istinala iranlı alimə əməkdaşlıq üçün 5 milyon dollardan artıq pul təklif edildiyini yazıb.

Qərb ölkələri İranın nüvə silahı yaradacağından narahatdır.

Bu arada isə ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, Amiri ABŞ-a şəxsi iradəsi ilə gəlib və ona ölkəni tərk etməyə heç kim mane olmayıb.
XS
SM
MD
LG