Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 03:17

Nüvə alimi Tehrana qayıdıb


İranlı nüvə alimi Şəhram Amiri ABŞ-dan Tehrana qayıdıb.

İranın iddiasına görə alim bir il əvvəl Səudiyyə Ərəbistanında Amerika xüsusi xidmət orqanları tərəfindən oğurlanmışdı. Amerika isə bu ittihamları qəbul etmir.

ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, Amiri ABŞ-a şəxsi iradəsi ilə gəlib və ona ölkəni tərk etməyə heç kim mane olmayıb.

Bu arada alimi Tehran hava limanında oğlu və həyat yoldaşı qarşılayıb.
XS
SM
MD
LG