Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 13:21

«Bakı» «Buduçnost»la qarşılaşır


İyulun 15-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları baş tutacaq. Bu mərhələdən mübarizəyə başlayacaq təmsilçimiz «Bakı» ilk oyununu doğma meydanda keçirəcək.

«Bakı»nın rəqibi Çernoqoriyanın «Buduçnost» kollektivi olacaq. Qarşılaşma Tofiq Bərramov adına Respublika stadionunda baş tutacaq. Oyunu Rumıniyadan olan baş hakim Viorel Konstantin idarə edəcək.

«Bakı» – «Buduçnost» matçı saat 21:00-da start götürəcək. /AFFA/
XS
SM
MD
LG