Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 18:34

«Qarabağ»ın viza problemi həll olundu


AFFA-nın müdaxiləsindən sonra «Qarabağ»ın Avroliqanın növbəti mərhələsində iştirakını əngəlləyən problem aradan qalxıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun sözlərinə görə, «Qarabağ»ın Şimali İrlandiyanın «Portadaun» klubu ilə görüş üçün yola düşməsinə problem qalmayıb.

M.Nərimanoğlu deyir ki, «Qarabağ»ın viza problemi yaranmışdı. Klub rəhbərliyinin müraciətindən sonra AFFA-nın baş kaibi Elxan Məmmədov iyulun 13-də UEFA, eləcə də İngiltərənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb və artıq problemin yoluna qoyulmasına nail olunub. AFFA rəsmisi deyir ki, «Qarabağ» bu gün yola düşür.

Bir qədər əvvəl bəzi agentliklər «Qarabağ»ın Şimali İrlandiyaya buraxılmadığı barədə məlumat yaymışdılar. Klubun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına verdiyi məlumata görə, komanda iyulun 13-də axşam çarter reysilə Belfasta getməyi planlaşdırsa da, Böyük Britaniyanın hava nəqliyyatına cavabdeh olan təhlükəsizlik qurumu uçuşun həyata keçirilməsinə icəzə verməyib:

«Şimali İrlandiya tərəfi bu məsələdə heç bir problem yaratmır. Londondan isə bildirirlər ki, bizim təyyarənin onların hava sərhədindən keçməsinə icazə vermirlər».

Əmrah Çəlikəl məsələylə bağlı ən yüksək səviyyədə danışıqlar getdiyini söyləmişdi.

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli isə deyir ki, bu viza məsələsi ilə bağlı «Qarabağ»ın yaşadığı ilk problem deyil:

«Qarabağ»ın ciddi viza problemi var. Əslində bu klubun özünün məsuliyyətsizliyidir. Pula qənaət etməkdənsə xərc çəkib bir ililk şengen vizası almaqla, hər dəfə matç öncəsi səfirliklərə baş vurmağa, vaxt itirməyə ehtiyac qalmaz».

Mahir Rüstəmlinin sözlərinə görə, bu qədər gecikmək artıq məşq prosesinin pozulması deməkdir.

«Qarabağ» kulubunun rəsmiləri ilə də əlaqə saxlamaq istəsək də, təəssüf ki, onların bu məsələyə fikirlərini öyrənə bilmədik. «Qarabağ» klubu rəsmiləri və baş məşqii Qurban Qurbanov telefon zənglərimizə cavab vermədi.

«Qarabağ» - «Portadaun» qarşılaşması iyulun 15-i gecə Bakı vaxtı ilə 00-45-də başlayacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG