Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 06:51

İtkin düşən nüvə alimi Tehrana qayıdır


İranın ABŞ agentlərinin oğurladığı iddia etdiyi nüvə alimi Tehrana yola düşüb.

Bunu İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanparast deyib. Alim Vaşinqtondan üçüncü ölkəyə, ordan isə Tehrana yollanacaq.

ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, Şahram Amiri ABŞ-da öz şəxsi istəyi ilə olub və ona ölkəni tərk etməyə heç kim mane olmayıb.

İndiyə qədər Vaşinqton dəfələrlə Amirinin itkin düşməsində iştirakını təkzib edib.

Nüvə alimi bir il əvvəl yoxa çıxmışdı.
XS
SM
MD
LG