Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:39

İ. Əliyev: «Müxtəlif ölkələr Azərbaycana yardım təklif edib»


Azərbaycanda təbii fəlakət baş verəndə müxtəlif ölkələrdən bu münasibətlə yardım göstərmək istəyən zənglər olub, yardımlar təklif edilib. Bunu iyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində prezident İlham Əliyev deyib.

Onun sözlərinə görə, hökumət bu yardımlardan imtina edib.

Dövlət başçısı qeyd edib ki, son hadisələr Azərbaycanın iqtisadiyyatına çox böyük ziyan vurub: «insanların əmlakı dağılıb, minlərlə ev, minlərlə hektar torpaq su altında qalıb».

Prezident dağılmış evlərin qısa müddətdə bərpa edilməli olduğunu bildirib.

İlham Əliyev oktyabradək Azərbaycanda minimum əməkhaqqı və pensiyanın artırılacağını da deyib:


«Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar».

XS
SM
MD
LG