Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

Obama Uqanto terrorunu pisləyib


ABŞ prezidenti Uqandada baş verən terror hücumunu pisləyib. İyulun 11-də terrorda azı 74 adam ölüb, daha 70-i yaralanıb.

Afrika mətbuatına müsahibəsində Barak Obama deyib ki, bu hadisə terrorçular üçün afrikalıların həyatının dəyərsiz olduğunu göstərir.
Bundan əvvəl BMT Baş katibi Ban Ki Mun da partlayışları pisləyib.

Hücuma görə məsuliyyəti Somalinin «Əş-Şabab» ekstremist qruplaşması üzərinə götürüb.

Ekstremistlər bəyan ediblər ki, bu partlayışlar, Uqanda hərbçilərinin Somalidə Afrika Birliyinin sülhyaratma missiyasında iştirakına cavabdır.
XS
SM
MD
LG