Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 02:46
Bir qrup Azərbaycan jurnalisti Yerevana gedib. «Media forum» saytının məlumatına görə, səfərdə beş azərbaycanlı jurnalist iştirak edib: telejurnalist Qulu Məhərrəmli, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev, «Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı, AzTV-nin əməkdaşı Asəf Quliyev.

Azərbaycanlı jurnalistlər Yerevanda «Qafqazda informasiya azadlığı» beynəlxalq konfransına qatılıblar.

«Qafqazda informasiya azadlığı» beynəlxalq konfransı ikinci ildir Amerikanin Milli Təhlükəsizlik Arxivinin təşəbbüsü, Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan və ABŞ-dan olan jurnalistlərin iştirakı ilə keçirilir.

Əvvəlki konfrans Tbilisi şəhərində olub. Tədbirin gələn il Bakıda keçirilməsi nəzərdə tutulur.

Yerevanda aparılan müzakirələr zamanı Bakıda keçiriləcək toplantıda türkiyəli jurnalistlərin də iştirak etməsi qərara alınıb.

Azərbaycanlı jurnalistlər Ermənistana iyulun 11-də gediblər. Onlar Azərbaycana iyulun 13-də qayıtmalıdırlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG