Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 07:56

Konstitusiya Məhkəməsi "Sovet işğalı günü"nü ləğv elədi


Moldova Konstitusiya Məhkəməsi ölkənin “Sovetlər tərəfindən işğalı günü”nün qeyd edilməsiylə bağlı fərmanı ləğv edib. Konstitusiya məhkəməsi qərara alıb ki, ölkə prezidenti səlahiyyətləriin icra edən parlament spikeri Mihay Gimpunun Sovet işğalı gününü təsis etməsi üçün səlahiyyət çatmırmış.

Gimpu ötən ay iyunun 28-ni, Moldovanın 1940-cı ildə SSRİ qoşunları tərəfindən işğalı günü kimi qeyd edilməsi üçün sərəncam vermişdi. Bu sərəncamı Moldovadakı rusiyameylli qüvvələr və rəsmi Moskva etirazla qarşılaşmışdı.

1940c-I ildə Hitlerlə Stalin arasında sazişə əsasən Sovet qoşunları Rumıniyanın bir hissəsini- Şərqi Bessarabiyanı işğal eləmişdilər. Və 2-ci dünya müharibəsindən sonra burda Moldaviya Sovet Respublikası yaratmışdılar.
XS
SM
MD
LG