Bir qrup iqtisadçı belə qənaətə gəlib ki, işçilərin xoş-əhval ruhiyyəsi ilə onların əmək məhsuldarlığı arasında birbaşa əlaqə var.
Varvik Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru, iqtisadiyyat və əqli sağlamlıq arasında əlaqə üzrə tanınmış mütəxəssis Endrü Osvaldın rəhbərlik etdiyi qrup iddia edir ki, onların araşdırmasının nəticələri iqtisadiyyat və siyasət dünyasına mühüm təsir göstərəcək.
MÜSBƏT EMOSİYALAR İNSANI RUHLANDIRIR
«Biz müəyyən etmişik ki, insanların xoş əhval-ruhiyyədə olması onun məhsuldarlığına çox böyük müsbət təsir göstərir. Müsbət emosiyalar insanı ruhlandırır, mənfi emosiyalar isə əks təsir göstərir».
İqtisadçılar bildirirlər ki, xoş əhval-ruhiyyəsi olan işçi digərindən 12 faiz daha məhsuldar işləyir. Pis əhval-ruhiyyədə olan isə 10 faiz daha az məhsuldar işləyir.
AİLƏ ÜZVLƏRİNİ İTİRƏNLƏR YAXŞI İŞLƏYƏ BİLMİR
Varvik Biznes Məktəbinin iqtisadçıları onu da müəyyən ediblər ki, son iki ildə ailə üzvlərindən birini itirən və ya yaxınları xəstə olan şəxslərin də əmək məhsuldarlığı 10 faiz aşağı olur.
Onlar müxtəlif sorğu keçiriblər. Tələbələr arasında keçirilən sorğuda isə maraqlı nüansla rastlaşıblar. Məlum olub ki, valideynləri bu yaxınlarda boşanmış tələbələrə bu boşanma elə də pis təsir göstərməyib. Yəni bu hiss ailə üzvündən itirməkdən fərqli hissidir.
BOŞANMA GƏRGİNLİKDƏN XİLAS EDİR?
Araşdırmaçılar bunu dəqiq izah edə bilməsələr də, belə təxmin edirlər ki, valideynlərin boşanması övladları ailədə hökm sürən gərgin şəraitdən azad edir. Üstəlik bu proses bir az uzun çəkdiyindən övladlar get-gedə buna alışırlar.
İqtisadçılar əmək məhsuldarlığını yeni texnologiyalar tətbiq etmək və ya işçilərin bilİk və bacarığını təkmilləşdirmək yolu ilə əmək məhsuldarlığını artırmağa da çalışırlar. Onu da iddia edirlər ki, onların bu tədqiqatının nəticələri yeni bir məsələni – həmişə tədqiqatlardan kənardan qalan insan emosiyasının vəziyyəti məsələsini aktuallaşdırır.
İqtisadçılar bildirilər ki, əgər iş yerlərində işçilərin xoş əhval-ruhiyyəsi əmək məhsuldarlığı artırırsa, menecerlər, kadrlar şöbəsi araşdırmanı nəzərə almalı olacaqlar.
/ Tərcümə etdi: Kəbiran Dilavərli /