Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:58

Azərbaycan-ABŞ müdafiə məsləhətləşmələri başlayıb


İyulun 12-də ABŞ və Azərbaycanın müdafiə rəsmiləri iki günlük İkitərəfli Müdafiə Məsləhətləşmələrinə başlayıb. Görüşlər zamanı Pentaqon və Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələri ikitərəfli əməkdaşlıq üzrə geniş çesiddə məsələləri nəzərdən keçirəcək. Növbəti il üçün konkret planlar müəyyənləşdirəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Müdafiə naziri köməkçisinin müavini Dr. Selesta Uolander ABŞ-ın nümayəndə heyətinə rəhbərlik edir.

İkitərəfli Müdafiə Məsləhətləşmələri Bakı ilə Vaşinqton arasında növbə ilə ildə bir dəfə keçirilir.

XS
SM
MD
LG