Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:51

Mahaçqalada bir milis ölüb, iki nəfər yaralanıb


Mahaçqalada açılan atəş nəticəsində bir milis ölüb, iki nəfər yaralanıb.

Dağıstan hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bu gün səhər milis “Qazel” markalı avtomobilin sürücüsünü sənədlərini yoxlamaq üçün saxlayıb. Bu vaxt yandan keçən başqa bir maşından atəş açılıb.

İki polis yaralanıb, onlardan biri sonradan ölüb. Yaralılardan digəri isə “Qazel”dəki qadın olub. Atəş açanın axtarışı davam edir.

XS
SM
MD
LG