Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 15:18

İspaniya dünya çempionudur


Futbol üzrə 2010-cu il Dünya Çempionatının qalibi İspaniya millisi oldu. Cənubi Afrika Respublikasında keçirilən çempionatının final oyununda ispanlar Hollandiya millisinə 1:0 hesabı ilə qalib gəliblər.

İspaniya üçün həlledici qol oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vurulub.
İspanlara dünya çempionu adını 117-ci dəqiqədə vurduğu qolla Andres İniesta qazandırıb.

İspaniya bu titulu qazanan 8-ci ölkədir.

Hollandiya yığması indiyə qədər üç dəfə finalda oynamaq hüququ qazansa da, çempion ola bilməyib.

XS
SM
MD
LG