Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:30

BVF Gürcüstana 75 milyon dollar kredit verir


Beynəlxalq Valyuta Fondunun direktorlar şurası Gürcüstana 75 milyon dollardan çox növbəti kredit vermək qərarına gəlib.

İnterfaks agentliyi təşkilatın Tbilisidəki ofisinə istinadla bu vəsaitin büdcəyə yönəldiləcəyini xəbər verir.

Beynəlxalq Valyuta Fondu Gürcüstanda iqtisadi artım müşahidə olunduğunu deyir.

Gürcüstan bundan əvvəl antiböhran proqramı çərçivəsində təşkilatdan ümumilikdə təxminən 810 milyon dollarlıq 5 kredit alıb.
XS
SM
MD
LG