Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:59

Məhkəmə “Avatar” filminə qarşı plagiat iddiasına baxacaq


Çin məhkəməsi Amerika rejissoru Ceyms Kamerona qarşı plagiatlıq iddiasını icraata qəbul edib. (Frans-press)

Çinli yazıçı Jou Şaomou iddia edir ki, amerikalı rejissor filmin ideyasını onun 1997-ci ildə yazdığı “Mavi qarğanın əfsanəsi” romanından oğurlayıb.

Martda məhkəmə iddianı kifayət qədər sübutlar təqdim edilmədiyi səbəbindən icraata qəbul etməmişdi.

Amma Jou Şaomou Kamerondan 147 milyon dollarlıq kompensasiya tələbindən imtina etdikdən sonra məhkəmə işə baxmağa razılaşıb.

Hərçənd yazıçının sonrakı mərhələlərdə məhkəmədə kompensasiya tələbini bərpa etmək hüququ da var.

Məhkəmə rəsmilərindən biri deyib ki, proses 6 aydan tez başlamayacaq, çünki məhkəməyə verilən şəxslər arasında əcnəbilər var və iddianın diplomatik kanallarla onlara çatdırılması vaxt aparacaq.

Kamerondan başqa çinli yazıçı həm də “20th Century Fox Film” Korporasiyasını, iki Çin film distribyutorunu və filmə baxdığı kinotearı da məhkəməyə verir.

“Avatar”ın süjetinə görə, iflic olmuş keçmiş Amerika dəniz piyadası Yerə oxşar bir planetdə - Pandorada - oranın sakinləri ilə birgə yaşamağa göndərilir.

Filmin rəsmi veb-saytında deyilir ki, filmin ideyası 15 il qabaq yaranıb. Yəni çinli yazıçının əsəri çap ediləndən əvvəl.

2009-cu ildə çəkilən “Avatar” kino tarixində rekord vurub, indiyəcən 2,7 milyard dollar gəlir gətirib. “Avatar” Çində də ən çox baxılan filmdir.

Həmçinin oxu
Kino tarixinin ən gəlirli filmi əsasında roman yazılacaq

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG