Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 05:00

Ankarada İran azərbaycanlılarına dəstək aksiyası


İran azərbaycanlılarının BMT ofisi qarşısında etiraz aksiyası
İyulun 9-da Ankarada İran azərbaycanlıları BMT ofisi qarşısında etiraz aksiyası keçiriblər. Onlar İranda azərbaycanlı fəalların həbsinə etirazlarını bildirirlər.

Aksiya iştirakçıları BMT nümayəndəliyinə öz bəyanatlarını təqdim ediblər.

Bəyanatda deyilir ki, İranda siyasi və mədəni fəaliyyətləri məhdudlaşdırılan azərbaycanlılar elementar insan haqlarından belə məhrumdurlar:

«Fəallar hər hansı bəhanə ilə həbs olunur, aylarca davam edən həbslərdə fiziki və psixoloji işgəncələrə məruz qalır, vəkil tutma haqqından məhrum edilir. Fəalların çoxu hansı ittihamla üzləşdiklərini belə bilmirlər».

Sənəddə qeyd edilir ki, İranda azərbaycanlı fəallara qarşı basqılar son aylar daha da artıb. Son iki ayda 50-dən çox fəal, insan haqları müdafiəçisi, jurnalist həbs olunub, ya da qaçırılıb. Məhkəmə qərarı olmadan fəallar iş yerlərindən, evlərindən aparılıb.

Bəyanatda İran azərbaycanlıları siyasi məhbusların dərhal buraxılmasını, siyasi, iqtisadi, mədəni və kütləvi basqıların dayandırılmasını tələb edirlər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG