Fransa prezidenti Nikola Sarkozi bazar ertəsi ictimai televiziyada bir saatlıq proqramda iştirak edəcək və 2007-ci ilin seçkiləri zamanı qanunsuz iyanələr qəbul etməsi ilə bağlı ittihamlara cavab verəcək.
Fransa mətbuatı yazır ki, Sarkozinin kampaniyasını aparan və indi əmək naziri işləyən Eric Woerth Fransanın ən varlı qadını Liliane Bettencourt-dan 150 min dollar qanunsuz iyanə alıb.
İlkin istintaq zamanı milyonçunun mühasibi etiraf edib ki, ona Eric Woerth-a 150 min avro verilməsi tapşırığı verilmişdi.
Sarkozi ona qarşı bütün ittihamları qarayaxma adlandırır.
Müxalifət isə naziri istefaya getməyə çağırır.