Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:07

Prezident Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olub


İyulun 9-da prezident İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olub.

Ümumi sahəsi 12 min kvadratmetr olan inzibati binanın birinci mərtəbəsində vətəndaşların qəbulu şöbəsi, elektron kitabxana və köşk, monitorinq mərkəzi, 200 nəfərlik akt zalı var.

İkinci mərtəbədə Bakı Şəhər Baş Səhiyyə İdarəsi, üçüncü mərtəbədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən Böhran Mərkəzi yerləşir.

Böhran mərkəzindəki elektron xəritə vasitəsilə 103 xidməti haqqında bütün məlumatları əldə etmək olar.
XS
SM
MD
LG